Almaniya Yunanıstana təzminat ödəməkdən imtina etdi
Almaniya II Dünya müharibəsi zamanı işğala görə Yunanıstana təzminat ödəməkdən imtina edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, kansler Angela Merkelin partiyasının rəhbərliyi Afinanın tələbini bir daha müzakirə edib.
Bavariya əyalətinin maliyyə naziri Markus Zyuder bildirib ki, bu mövzunu gündəmə gətirməyin heç bir mənası yoxdur: "Bu uyğunsuzluqdur və Yunanıstan tərəfdən seçilən səhv strategiyadır. Almaniya hökuməti artıq bəyan edib ki, məsələ bağlanıb".
Xatırladaq ki, Yunanıstan Almaniyadan 278 milyard avro təzminat tələb edir. Rəqəm ötən bazar günü Yunanıstan Maliyyə Nazirliyi və ölkə parlamentinin iclasındakı hesablamalardan sonra açıqlanıb. Yunan hökuməti bu tələbi II Dünya müharibəsi dövründə Faşist Almaniyası tərəfindən ölkəyə vurulan zərərin miqdarı əsasında hesablayıb.