İçərisində basketbolçular olan təyyarə qəzaya uğradı, 7 nəfər öldü

ABŞ-da baş verən təyyarə qəzası nəticəsində 7 nəfər ölüb.

 

APA TV-nin xəbərinə görə, “Cessna 414” kiçik mühərrikli təyyarə İllinoys ştatında qəzaya uğrayıb.

 

Qəza nəticəsində təyyarədə olan altı sərnişin və bir pilot hadisə yerində ölüb.  Təyyarənin Bluminqton aeroportunun yaxınlığında qəzaya uğradığı, sərnişinlərin basketbol komandasının üzvləri olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib.

 

Özəl təyyarənin havaya qalxdıqdan bir az sonra qəzaya uğradığı qeyd olunur. Sərnişinlər NCAA basketbol turnirindən qayıdırmış. Ölənlər arasında basketbol məşqçisi Torrei Uard, başqa idmançı və məşqçilər var.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı