Aydın Əliyev: “I Avropa Oyunlarına gələn qonaqlara gömrükdə yüksək xidmət göstəriləcək”

Azərbaycan gömrükçülərinin I Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqlara yüksək səviyyədə xidmət göstərməsi üçün müvafiq tədbirlər görülüb. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlama verib: “Birinci Avropa Oyunları zamanı Azərbaycan gömrükçülərinin əsas vəzifəsi ilk növbədə ölkəmizə gələnlərin əl yüklərinin, baqajlarının, eyni zamanda digər yüklərin vaxtında rəsmiləşdirilməsini təşkil etməkdir. Bu istiqamətdə işlərimiz uğurla davam etdirilir. Qarşıdan gələn mötəbər idman yarışına hazırlıq çərçivəsində gömrükçülər üçün xüsusi treninqlər təşkil edilib. Bilirsiniz ki, gərgin qrafiklə çalışacağıq. Azərbaycana gələn qonaqlara lazımi səviyyədə xidmət göstərmək üçün bütün müvafiq tədbirlər görülüb”. 

Müəllif | Apa.Tv
Apa.tv