Xəzərdə üç balıqçı itkin düşüb
Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.