Bakıda küçəyə qoyulan karton qutudan yeni doğulan körpə tapıldı

Bakıda yeni doğulan oğlan uşağı aşkar edilib. APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Körpə Ə. Qarayev adına 1 saylı Doğum Evinə təhvil verilib. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv