"FINCA Azerbaijan" 67-ci filialını istifadəyə verdi

Müştərilərinə göstərdiyi üstün müştəri xidmətləri ilə daim seçilən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Bakının Əhmədli qəsəbəsi ərazisində sayca 67-ci olan yeni ofisini müştərilərin istifadəsinə verib.

 

APA TV-nin xəbərinə görə, aprelin 7-də keçirilən rəsmi açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin, tərəfdaş bankların nümayəndələri, həmçinin filialdan ilk dəfə kredit götürən müştərilər də iştirak edib.  

 

FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə onlara göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaratmaqda kömək edir.

 

"FINCA Azerbaijan"ın ölkə direktoru  Timoti Tarrant bildirib ki, bu, qurumun Azərbaycanda fəaliyyət göstərən 67-ci filialıdır: “Biz çalışırıq ki, bu ərazidə yaşayan kiçik və orta bizneslə məşğul olan sahibkarlara maliyyə xidmətləri göstərək. Devalvasiyadan sonra qeyri-müəyyənlik dövründə biz müəyyən addımlar ataraq həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə kreditlər veririk".

 

FINCA ilk dəfə kredit götürən və uzun müddət əməkdaşlıq edən müştərilərinə hədiyyələr təqdim edib.

 

2015-ci ilin yanvar ayından etibarən fəaliyyət göstərən "Əhmədli filialı" Koroğlu və Həzi Aslanov metrosu, Yeni Günəşli, Əhmədli, Zığ şosesi və Babək prospektində yaşayan kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərir. Hazırda 13 nəfərdən ibarət olan işçi heyəti ilə filial 520 nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kredit məhsulları təqdim etməkdə davam edir.

 

"FINCA Azerbaijan"ın xidmətləri haqqında ətraflı məlumatı *2525 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Müəllif | Apa.Tv
Apa.tv