Bakı-Qazax yolunda "KamAZ"la "Jiquli" toqquşub, yaralılar var
Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Zazalı postu yaxınlığında qeydə alınıb. “VAZ 21015” markalı avtomobil arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı “VAZ 21015”də olan 1954-cü il təvəllüdlü Telli Qiyas qızı İbrahimova və 1989-cu il təvəllüdlü Rüstəm Azad oğlu Allahverdiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Telli İbrahimovanın vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.