"Seyid" ləqəbli Saray sakini: “Bir az pulum vardı, dar gün üçün tiryək aldım”

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində Saray qəsəbəsində yaşayan Bədirov Mirsədir Bədir oğlu saxlanılıb.

 

Müstəntiq Muxtar Muxtarov APA TV-yə açıqlamasında bildirib ki, onun üzərinə keçirilən baxış zamanı 40 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

 

Mirsədir Bədirov əvvəllər də narkotik cinayətlərinə görə iki dəfə məhkumluq həyatı yaşayıb. Özünün dediyinə görə, narkotik vasitəni şəxsi istifadəsi üçün alıb. Mirsədir Bədirovun təbirincə desək, əlinə pul keçib və narkotik alıb "başının altına qoymaq" istəyib: "Ağrılarım olduğuna və həmişə gedib-gələ bilmədiyimə görə fikirləşdim ki, onsuz da istifadə edirəm. Bir az pulum da var idi. Dedim ki, birdəfəlik alım, atım başımın altına, yavaş-yavaş istifadə edim".

 

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir. Üç oğul atası Mirsədir Bədirovu isə üçüncü dəfə həbs cəzası gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv