Bakıda avtobusla minik maşını toqquşdu, avtobus aşdı

Bu gün səhər saatlarında Bakıda avtobusla minik maşını toqquşub, nəticədə avtobus aşıb.

 

APA TV-nin məlumatına görə, hadisə Afiyəddin Cəlilov və Natiq Əliyev küçələrinin kəsişməsində baş verib.

 

Natiq Əliyev küçəsi ilə hərəkət edən "İveco" markalı avtobus Afiyəddin Cəlilov küçəsi ilə şəhər mərkəzi istiqamətində hərəkət edən "Chevrolet" markalı minik maşını ilə toqquşub. Toqquşmadan sonra avtobus bir qədər aralıda aşıb.

 

Qəzaya avtobusun sürücüsünün yol hərəkəti qaydasını pozması və hərəkət üstünlüyünə malik "Chevrolet"in yoluna çıxması səbəb olub. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Xoşbəxtlikdən avtobusda sərnişin olmayıb.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv