Bakıda 16 yaşlı qız tapıldı: polis valideynlərini axtarır


Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.
 
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun APA-ya verdiyi məlumata görə, ötən gün rayonun Hövsan qəsəbəsi ərazisində təxminən 16 yaşlarında olan qızın tapıldığı barədə məlumat daxil olub.
 
Tapılan şəxs əqli cəhətdən zəif olduğundan, özü barədə düzgün məlumat verə bilmir. Yeniyetməni tanıyanlardan 30-cu Polis Bölməsinin növbətçi hissəsinin 457-57-02 və 457-57-91 saylı telefon nömrələrinə zəng etmələri xahiş edilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı