İŞİD beynəlxalq telekanalın yayımını dayandırdı

İŞİD terror qruplaşması ilə əlaqəli olan haker qrupu beynəlxalq fransızdilli TV5 Monde telekanalının resurslarına hücum edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 9-a keçən gecə televiziya kanalının yayımında fasilələr yaranıb.

 

Eyni zamanda “TV5 Monde”nin internet-resursları da hücuma məruz qalıb. Telekanalın “facebook” hesabında İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Fransa hərbçilərinin ünvanlarına ölüm hədələri edilib.

 

Bir müddət sonra telekanalın işi bərpa olunub. “Hazırda televiziya efirimiz, rəsmi saytımız və sosial şəbəkələrdəki hesablarımız şiddətli kiber  hücumlara məruz qalmaqda davam edir”, - deyə TV5 Monde-nin Twitter səhifəsində bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv