Bakıda VIII Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı keçirilir

Bu gün Bakıda VIII Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı işə başlayıb.

 

APA TV-nin məlumatına görə, artıq 8-ci ildir keçirilən builki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.

 

Konfransdakı çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin məqsədi və keçirilmə səbəbləri haqqında məlumat verib.

 

“Əsrin müqaviləsi” ötən əsrin şah əsəri idisə, bir müddət əvvəl imzalanan “Şahdəniz-2” müqaviləsi XXI əsrin şah əsəridir. Bu gün burada bizim tələbələrimiz iştirak edirlər. Bu gün onlar tələbədir, sabah isə mütəxəssis".

 

Bundan sonra Böyük Britaniyanın "Confidence Capital" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinlənilib. Bildirilib ki, konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliği və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

Müəllif | Apa.Tv
Apa.tv