Azərbaycan Ordusu irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən gecə təlimləri keçirilən bölgədə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb.

 

APA TV-nin Müdafiə Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

 

Təlimlər davam edir.

Müəllif | Apa.Tv
Apa.tv