"Fətullahçı” terror təşkilatı ilə bağlı ittihamnamə qəbul olundu

Ankara Cümhuriyyət Baş Prokurorluğu "Fətullahçı terror təşkilatına üzv olmaqda" ittiham edilən 4-ü polis olmaqla 7 nəfər barəsində cinayət işi başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, saxlanılanlar "Türkiyə Cümhuriyyəti dövlətinə paralel "Camaat dövləti" qurmaqda və dövlət idarəçiliyini gizli fəaliyyət yürütməkdə" ittiham olunurlar.

 

Kadir İnanın başçılıq etdiyi dəstə üzvlərindən Nebil Ark Turqut Özal Universitetində qulaq-burun-boğaz uzmanı olduğu, Seyyit Akşit, Cihan Tümbül, Ömer Aydın və İbrahim Şimşəyin hazırda polisdə çalışdığı bildirilir. Dəstə üzvlərindən Durak Yiğitin ötən il polisdən xaric edilib. İttihamnamədə onların "Fətullahçı” terror təşkilatına üzv olaraq Ankara Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aid avtomobil, müxtəlif avadanlıqlar və sənədləri oğurlamaq, mənsub olduqları təşkilatın dövlət içində aşkarlanmasını əngəlləmək, yeni təyin edilən kadrların bacarıqsız olduğunu isbatlamaq, hökumətdən intiqam almaq məqsədilə müxtəlif cinayətlər işlədiyi vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv