Milanda Ədliyyə sarayında atışma: üç nəfər öldürüldü

Bu gün səhər saatlarında İtalyanın Milan şəhərindəki Ədliyyə sarayında baş verən atışma zamanı 3 nəfər ölüb.

 

APA TV-nin məlumatına görə, şübhəli şəxs Klaudio Qardiello iflas olması barədə işə baxılması üçün məhkəmə zalına gəlib.

 

O, vəkili ilə mübahisə edib və atəş açmağa başlayıb. Nəticədə hakim və hüquqşünas qətlə yetirilib, daha 3 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan dünyasının dəyişib.

 

Klaudio Qardiello atəş açdıqdan sonra içəridə olanlar həyəcanlı şəkildə küçəyə çıxıblar. Polis hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxs əvvəlcə binanın daxilində özünü qorumağa, daha sonra motosikletlə qaçmağa çalışıb.

 

Polis onu Milanın şimalında saxlamağa müvəffəq olub. 

Müəllif | Apa.Tv
Apa.tv