Göyçayda iki maşın toqquşdu: 3 yaralı

Göyçayda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APATV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

 

10 KJ 339 dövlət nömrə nişanlı “VAZ-2109” markalı minik maşını qarşı tərəfdən gələn 10 KF 904 dövlət nömrə nişanlı “VAZ-21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı Göyçay şəhər sakinləri - 1973-cü il təvəllüdlü Qabil Əliyar oğlu Rəfiyev, 1987-ci il təvəllüdlü Həbibə Qeyrət qızı Quliyeva və 1969-cu il təvəllüdlü Gülnarə Məhəmməd qızı Quliyeva müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov