Türkiyədə təyyarə faciədən son anda xilas oldu

Türkiyədə "İran Qeshm Air" hava yollarına məxsus təyyarənin motoru partlayıb.

 

APA TV-nin məlumatına görə, partlayan motor daha sonra alovlanmağa başlayıb.

 

Atatürk Hava Limanında həyəcan siqnalı verilib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Xilasedicilər isə, sərnişinləri hava limanına doğru təxliyə ediblər.

 

Hadisə ilə bağlı açıqlama verən hava limanının rəhbərliyi bildirib ki, "Airbus-300 B4" tipli təyyarə İstanbul-Tehran aviareysi üzrə uçurmuş. Hadisə təyyarə havaya qalxan zaman baş verib. Xoşbəxtlikdən pilotlar təyyarəni sağ-salamat yerə endirməyi bacarıblar.  Qəzadan sonra təyyarədən təxliyə olunan sərnişinlər 2 saat sonra başqa bir təyyarə ilə Tehrana yola salınıblar.

 

Müəllif | Apa.Tv