Yəmən Müdafiə Nazirliyinin binası bombalandı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Səna şəhərində Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib.

 

APA TV-nin “Frans Press”ə istinadən xəbərinə görə, bu barədə agentliyə insidentin şahidləri məlumat verib.

 

Məlumata görə, üç partlayış baş verib, binanın üzərindən qara tüstünün qalxdığı bildirilir. "Əl-Cəzirə" telekanalının məlumatına görə, zərbələr həmçinin Əl-Cündə şəhərindəki ordu kazarmalarına və Səmaa şəhərindəki havadan müdafiə qüvvələrinin bazasına da endirilib.

 

Hücum zamanı güclü partlayışların baş verdiyi qeyd olunur. Məlumata görə, hava hücumu zamanı bir neçə silah-sursat anbarı məhv edilib. Sutka ərzində ümumilikdə Yəmən 40 hava hücumuna məruz qalıb. "Əl-Mayəddin" telekanalının məlumatına görə, dinc sakinlər arasında ölən və yaralananlar var. Belə ki, Əmran şəhərində yerləşən sement zavoduna endirilən zərbə nəticəsində 10 dinc sakin ölüb, 15 nəfər yaralanıb.

 

Müəllif | Apa.Tv