Kılıçdaroğlu Ərdoğanı təhqir etdiyinə görə cərimələndi

Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 10 min lirə məbləğində cərimələyib.

 

APA TV-nin “Hurriyet” qəzetinə istinadən xəbərinə görə, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü il yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zaman o zaman baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının lideri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.

   

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq, ona dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.

 

Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasının qismən təmin edilməsinə dair qərar verərək, Kamal Kılıçdaroğlunu 10 min lirə məbləğində cərimələyib.

 

Müəllif | Apa.Tv