Əhməd Davudoğlu: "İqtidar olmasaq, siyasətdən gedəcəyəm"

"Seçkiləri qazansam, vəzifəmi davam etdirəcəyəm. İqtidar olmasaq, siyasətdən gedəcəyəm". APA TV-nin məlumatına görə, bunu qatıldığı NTV kanalında keçiriləcək parlament seçkilərini şərh edən Türkiyənin baş naziri Ahmet Davudoğlu söyləyib.

 

O, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçiriləcəyinə əmin olduğunu söyləyib. Baş nazir seçkinin istənilməyən bir nəticə ilə yekunlaşmayacağı təqdirdə, hansısa hərbi müdaxilənin olacağı ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O deyib ki, hazırkı iqtidar seçkinin insidentsiz keçməsi üçün lazım olan bütün önləmləri alacaq.

 

Qeyd edək ki, iyunun 7-də Türkiyədə ölkənin siyasi və iqtisadi həyatını dəyişə biləcək parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələrindən əksəriyyətin gözləntiləri çoxdur. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə üstünlüyü ələ alacağı gözlənilsə də, sürprizlər də istisna deyil.

 

Müəllif | Apa.Tv