Masazırda güclü partlayış: ev sahibəsi yaralandı

Abşeron rayonunun Masazır qəsəbəsində partlayış baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin  əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evin tavan və divarlarında çatlar əmələ gəlib. Eyni zamanda otaqdakı əşyalar dağılaraq sıradan çıxıb. Partlayışdan sonra yanğın qeydə alınmayıb.

 

Partlayış nəticəsində Elxan Aslanovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Leyla Aslanovanın vəziyyəti orta stabildir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv