Azərbaycan Müdafiə Nazirliyi Ağcabədidə təşviqat marafonu keçirib

Azərbaycan Müdafiə Nazirliyi Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə bu rayonda bədii təşviqat marafonu keçirib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, "Xalq və Ordu birdir" devizi altında keçirilən tədbir faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.

 

Rəsmi və ədəbi-bədii kompozisiyalardan ibarət mərasimdə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev, nazirliyin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Rüfət Əmirov, həmçinin  digər idarə və şöbələrinin məsul şəxsləri də iştirak ediblər. 


Tədbirə respublikanın tanınmış ziyalıları, Milli Məclisin üzvləri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Anatoli Davidoviçin Belarusda yaşayan həyat yoldaşı Tatyana Mixaylovna və atasının adını daşıyan yeganə oğlu Anatoli də dəvət olunublar. Böyük Vətən Müharibəsi iştirakçılarından sağ qalan 9 nəfər tədbir iştirakçıları tərəfindən alqışlanıb, onların şəninə mahnı və bədii kompozisiyalar ifa edilib. 

Müəllif | Apa.Tv
Apa.tv