İŞİD-dən ilk kamikadze hücumu

İŞİD terror təşkilatı yeni videogörüntülər yayıb.

 

APA TV-nin xəbərinə görə, adətən kütləvi edam görüntüləri yayan İŞİD bu dəfə həyata keçirdiyi ilk kamikadze hücumunun kadrlarını bütün dünyaya nümayiş etdirib.

 

Görüntülərdə İŞİD terrorçusu tərəfindən idarə olunan yük maşınının İraq ordusunun qərargahını partlatması əks olunub.

 

Terror aktının İraqın hansı şəhərində həyata keçirildiyi barədə məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv