Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”
“Maydanda fəallara atəş açmaq barədə əmri Viktor Yanukoviç verib”.
APA-nın xəbərinə görə, bunu Ukraynanın baş prokuroru Viktor Şokin “lb.ua” saytına müsahibəsində deyib.
Baş prokuror əmrin şifahi və ya yazılı verilməsinin əhəmiyyət daşımadığını söyləyib: “Viktor Yanukoviçin rəhbərliyi ilə cinayətkar qruplaşmanın fəaliyyət göstərdiyini nəzərə alsaq, onda əmrlərin hansı formada, hansı şəkildə verilməsi və icraçıların kimlər olması o qədər də əhəmiyyətli deyil”.
Viktor Şokin hazırda müstəntiqlərin Yanukoviçin cinayətkar dəstəsi haqda geniş təhqiqat apardığını söyləyib.