Bakıda yağış, bölgələrdə qar yağacaq

Aprelin 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv