Məhkəmə azərbaycanlı avtoritet "Rüfət Gəncinski"yə 8 il iş verdi

Moskvanın Lyublinsk rayon məhkəməsində kriminal avtoritet Ülfət Tağıyevə hökm oxunub. APA-nın “Ren TV”yə istinadən verdiyi məlumata görə, "Rüfət Gəncinski" ləqəbi ilə tanınan bu şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən birini öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinir. "Rüfət Gəncinski" həmçinin məşhur kriminal avtoritet "Ded Hasan"ın ölümü ilə bağlı cinayət işində əsas fiqurantlardan biridir. İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. "Rüfət Gəncinski" bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edir. Xatırladaq ki, 33 yaşlı Ülfət Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. Əməliyyatçıların bildirdiyinə görə, o, nüfuzlu “qanuni oğru” hesab edilən “Rövşən Lənkəranski”yə (Rövşən Canıyev) yaxınlığı ilə tanınır. 

Müəllif | Apa.Tv
Apa.tv