Aureliya Qriqoriu: "Ermənilərin danışdıqları sabun köpüyüdür"
“Erməniləri azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlara görə beynəlxalq məhkəməyə vermək lazımdır”. APA TV-yə müsahibəsində Moldovanın ombudsmanı Aureliya Qriqoriu deyib. Aureliya Qriqoriu qondarma “soyqırımı”nın yalan üzərində qurulduğunu və əsassız olduğunu bildirib.
"Düşünürəm ki, tarixi faktlara əsaslanmayan qondarma erməni "soyqrımı"nın hüquqi əsası yoxdur. Mən bu məsələyə hüquqşünas kimi yanaşıram və həmin hadisələrin faktlara əsaslanaraq təqdim olunmasının tərəfdarıyam. Mən sadəcə olaraq əminəm ki, ermənilər tərəfindən təqdim olunan "soyqrım" əsassızdır. Bütün hüquqşünaslar da yəqin ki, mənimlə razılaşar, hər hansı bir hadisəni dünya miqyasında tanıtmaq üçün onun tarixinin araşdırlmasına, arxivlərin açılmasına şərait yaradılmalıdır. Məhz buna görə də Ermənistan tərəfindən soyqrım kimi qələmə verilən bu hadisə hüquqi qiymətini ala bilmir və bu gün artıq dünya ictimaiyyıtinə də bəllidir ki, bu "soyqrım" ın 100 illik tarixinin qeyd olunması sabun köpüyündən başqa bir şey deyil. Çünki tarixçilər bu hadisələrlə bağlı fakt tapmır. Əgər onlar bu araşdırmaların nəticəsiz qaldığını təsdiq edirlərsə, onda hansı soyqrımdan söhbət gedə bilər?"
Türkoloq Elşad Əlili hesab edir ki, əgər ermənilərin dünyaya çatdırmaq istədikləri bu hadisələrin aydınlaşdırılması üçün arxivlər açılsa, hadisələrin gerçək olub-olmadığı ortaya çıxacaq.
"Bunun qarşılığında 2 milyon türk və kürdə divan tutulub. O, hadisələr zamanı Fransa 50 min erməni əsgərini silahlandırıb. Rusiya da təxminən həmin sayda erməniyə silah verib. Onların arasında Osmanlı ordusundan fərarilik etmiş ermənilər də olub. Təpədən-dırnağa silahlanmış ermənilər dinc əhalini məhv ediblər. Elə buna görə də Türkiyənin bu tarixin araşdılması üçün arxivlərin açılması təklifinə ermənilər "yox" deyir. Çünki bilirlər ki, arxivlər açılsa tamam başqa həqiqətlər ortaya çıxacaq".