Gəncədə 77 yaşlı kişi bacısı qızını iş yerində öldürüb
Gəncə şəhərində qətl hadisəsi törədilib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında işləyən, 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədova iş yerində dayısı, 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.