Gizli sənəd üzə çıxdı: Yunanıstan avrozonadan kənarlaşdırılır

Avropa valyuta birliyinin üzvləri Yunanıstanı avrozonadan kənarlaşdırmaq barədə gizlin plan hazırlayırlar.

 

APA TV-nin "The Times"a istinadən verdiyi məlumata görə, bununla bağlı sənəd Finlandiyanın Maliyyə Nazirliyində hazırlanıb.


Sənəddə Brüsselin yaxın üç həftə ərzində Afinaya növbəti dəfə maliyyə yardımı etməyəcəyi təqdirdə, Yunanıstanın müflis olacağı əsas gətirilir və bu yaxınlarda "çox çətin siyasi qərar"ın veriləcəyi bildirilir

 

 Avrozonanın digər ölkələrinin bu təklifə susqunluğu razılıq kimi qəbul edilir və bu da Yunanıstanın Avropanın vahid valyuta məkanından xaric edilməsi qərarının verilməsini tezləşdirir. Afina isə BVF-yə olan borcunun 450 milyonunu ödəyib. Gizlin sənəddə borcun 763 milyonunun qaytarılması üçün Yunanıstan hökumətinə mayın 12-nə qədər vaxt verildiyi də qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv