Bakıda doqquzmərtəbəli binada güclü yanğın baş verib

Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

 

APA TV-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanöın bütün binanı əhatə edib.

 

Lakin əraziyə cəlb olunmuş FHN-nin canlı qüvvəsi və texnikası yanğının digər ərazilərə keçməsinin qarşısını alıb.

 

Yanğın söndürülüb.

 

 

Binadakı sakinlərin hamısı təxliyyə olunub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN)  Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".

 

R. Xudiyevin sözlərinə görə, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

 

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq". 

Müəllif | Apa.Tv
Apa.tv