Bakıda güclü külək evin dam örtüyünü qopararaq binaya çırpıb
Gecə Bakıda əsən güclü külək fərdi yaşayış evinin damını uşurub. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Pivəzavod küçəsi, 4 ünvanında, Xasiyevlər ailəsinin evində baş verib. Ev sahibəsi Gözəl Xasıyevanin sözlərinə görə, ailəliklə evdə oturduqları vaxt birdən evin tavan hissəsinin açıldığını görüblər. Amma buna qədər güclü səs eşidilib. Ev sahibləri evin damının uçduğunun şahidi olublar. Təxminən 60 kvadrat metrlik dam örtüyü takta konstruksiyası ilə birgə yaxınlıqdakı üçmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə zamanı məhəllənin kommunikasiya xətlərinə də ziyan dəyib.
Elektrik xətlərinin zədələnməsi nəticəsində küçənin bir hissəsi işıqsiz qalıb. Bundan başqa, bəzi qaz xətləri də zədələnib.
Qeyd edək ki, Gözəl Xasıyeva 1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınması həlak olmuş Milli Qəhrəman Samir Xasıyevin anasıdır.