Bakıda taksi sürücüsünü bıçaqladılar

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Dilavər Fərəcov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, iki bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 
 
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, döş və qarın boşluğunun kəsilmiş-deşilmiş yaraları ilə daxil olan Dilavər Fərəcovun vəziyyəti ağırdır, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 
 
Daha bir bıçaqlanma hadisəsi isə Suraxanı rayonu ərazisində, Bakıxanov qəsəbəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Vüsal Dadaşov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan taksi sürücüsünə tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, bıçaq xəsarətləri çoxsaylı olsa da, xəstənin vəziyyəti stabildir. Vüsal Dadaşovun müalicəsi davam etdirilir.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Taksi sürücüsünü kimin bıçaqladığının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
  

Müəllif | Apa.Tv
Apa.tv