Kanada Ukraynaya hərbi kontingent göndərir

Kanada Ukraynaya bu yaxınlarda hərbi kontingent göndərəcək. APA TV-nin CTV kanalına istinadən verdiyi məlumata görə, iki ölkənin hərbçiləri birgə təlimlər keçəcəklər. Təlimlərə qatılacaq amerikalı hərbçilər artıq bölgədədir. Kanadada hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının rəhbərliyi bu addımın Ukraynanın Rusiyaya qarşı möhkəmləndirilməsi üçün atıldığını bildirib. Ottava Moskvaya qarşı sanksiyaların davam etdirilməsinin də tərəfdarıdır. Təlimlər Lvov yaxınlığındakı Yavoriv poliqonunda keçiriləcək. Təlimlərdə ABŞ-ın hava-desant briqadaları da iştirak edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv