An etibarilə Bakı küləyi - PAYTAXT KÜÇƏLƏRİNDƏN REPORTAJ

Bakıda dünən səhər saatlarından başlayan güclü külək hələ də davam edir. APA TV-nin əməkdaşı küləkli hava şəraitində paytaxt küçələrində durumla maraqlanıb...
 
Hidrometeoroloqların əvvəlcədən verdiyi proqnoza əsasan iki gündür Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Şimal-qərb küləyinin axşama doğru zəifləyəcəyi gözlənilir. 

Badamdar qəsəbəsində küləyin sürəti daha çox hiss olunur. Meteoroloqlar bu cür hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildirirlər.
 
Qeyd edək ki, axşama doğru küləyin sürəti azalsa da küləkli hava şəraiti ayın  13-ü, günün ikinci yarısına kimi davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv