Yəmənin yanacaq anbarları bombalanır, Qızıl Xaç ölkəyə yardım gətirdi

"Ərəb koalisyası"nın aviazərbələri altında Yəmənə ilk dəfə Beynəlxalq Qırmızı Xaçın yardımı gətirilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, yardımı gətirən təyyarənin göyərtəsində həkim briqadaları, tibbi ləvazimatlar və müxtəlif dərmanlar var. Bu arada BMT münaqişə tərəflərini sülhə çağırır və "humanitar fasilə" verməyi təklif edir. Bundan məqsəd dinc sakinlərə kömək göstərməkdir. Münaqişədən zərər çəkən əhalinin sayı isə artır. Artıq 1000-dən çox insan bombardmanlar nəticəsində həyatını itirib, yaralıların sayı isə daha çoxdur. ÜST-nın məlumatında artıq 600 min insanın qaçqına çevrildiyini, onların 4 milyonun ümumiyyətlə ölkəni tərk etdiyi bildirilir. Ölkədə ərzaq və yanacaq qıtlığı yaşanır. "Ərəb koalisiyası"nın zərbələri də məhz Yəmənin yanacaq anbarlarına tuşlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv