Zaqatala sakinindən “TT” tapançası götürüldü

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. APA TV-nin xəbərinə görə, daxil olan əməliyyat məlumatı əsasında Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Zaqatala rayon sakini Elçin Hacıyevi saxlayıblar. Elçin Hacıyevin yaşadığı evə baxış zamanı onun qarajda gizlətdiyi  “TT” markalı 1 tapança, 1 ədəd sandıqça və 6 ədəd patron götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv