Hillari Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton ölkə prezidentliyinə namizədliyini irəli sürüb. APA TV-nin məlumatına görə, ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.

 

"Mən iddialıyam. Amerikalıların mənim qələbəmə ehtiyacı var və mən qalib gələcəyəm " deyə xanım Klinton onun üçün hazırlanan videoçarxda vurğulayıb. Demokratlar Partiyasında təmsil olunan Hilları Klinton bir maneəni aşmalıdır. O, partiyadaxili praymerizdə qələbə qazanmalıdır. Bu mərhələ isə seçki ilində yanvardan iyul ayına qədər davam edir. Bu arada Respublikaçılar Partiyasından Floridanın keçmiş qubernatoru - eks-prezident Corc Buşun kiçik qardaşı Ceb Buş da prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
 

Müəllif | Apa.Tv
Apa.tv