Azərbaycanda qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - AÇIQLAMA

Azərbaycanda müşahidə edilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, aprelin 10-u gündüzdən başlayaraq aprelin 11-i, 12-si və 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, yağış, dağlıq ərazilərdə sulu qar, qar yağıb. Bəzi yerlərdə yağıntı intensiv olub. Güclü şimal-qərb küləyi əsib.


Ötən günlər ərzində respublikanın bəzi dağlıq ərazilərinə də qar yağıb. Ən çox qar Qubanın dağlıq ərazilərinə yağıb və burada qar örtüyü 10 sm-ə kimi olub. Qar örtüyü Daşkəsəndə, Gədəbəydə, Göygölün dağlıq ərazilərində, Lerikdə, Kərvəzdə, Sarıbaşda da müşahidə edilib.

 

Bakıda və Abşeron yarımadasında da yağış yağıb, arabir güclənən şimal-qərb küləyi əsib.

 

Bu gün də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Aprelin 14-ü gündüzdən etibarən ölkə ərazisində yağıntının tədricən kəsiləcəyi, aprelin 15-də isə əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Havanın temperaturu da aprelin 14-dən başlayaraq tədricən yüksələcək.

Müəllif | Apa.Tv
Apa.tv