Moskvada azərbaycanlı fəhlələr arasında kütləvi dava düşüb

Moskva ətrafında yerləşən Zelenoqrad şəhərində azərbaycanlı fəhlələr arasında kütləvi dava olub.

 

APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, üç nəfər bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib.

 

Xəsarət alan şəxslər yaralı vəziyyətdə işlədikləri tikintinin yaxınlığındakı kafenin yanında tapılıblar. Yaralılar polisə onlara xəsarət yetirənlərin adlarını da deyiblər. Lakin hüquq-mühafizə orqanları onların kimliklərini açıqlamır. Polis onların da azərbaycanlılar olduğunu təsdiqləyib. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv