İŞİD-in ən təhlükəli komandiri Əbu Maria məhv edildi

İraqda İŞİD komandirlərindən biri öldürülüb.

 

APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Əbu Maria adlı terrorçu Tikritin şimal-şərqində məhv edilib.

 

Həmin istiqamətdə hökumət qüvvələri ilə İŞİD qruplaşması arasında döyüşlər davam edir. İraq ordusunun həyata keçirdiyi növbəti əməliyyat terrorçuların bölgədən tamamilə təmizlənməsi məqsədi daşıyıb. İŞİD komandiri ilə bərabər onun yaxın köməkçilərinin də məhv edildiyi qeyd olunur. Bildirilib ki, Əbu Maria İŞİD-in ələ keçirdiyi Salah-əd-Din əyalətinin iki böyük rayonunun "qubernatoru" olub.

Müəllif | Apa.Tv
Apa.tv