Balakəndə 20 yaşlı qız, Zaqatalada isə 44 yaşlı qadın zəhərləndi

Balakəndə 20 yaşlı qız sirkə turşusundan zəhərlənib.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1995-ci il təvəllüdlü Ülviyyə Eynullah qızı Karalova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 20 yaşlı Ülviyyə Karalova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ülviyyə Karalovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Zaqatalada isə 44 yaşlı qadın zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, həkimlərin müayinəsi və araşdırmasından sonra məlum olub ki, rayonun Əlibayramlı kənd sakini Nərgiz Musayeva ailəsi ilə birgə göbələk də daxil olmaqla müxtəlif növ qidalar qəbul edib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərgiz Musayevaya lazımi tibbi yardım göstərilib, mədəsi yuyulub. Xəstənin vəziyyəti hazırda stabildir.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv