İŞİD İraqın ən böyük neft zavoduna hücum etdi, general öldürüldü

İŞİD terror təşkilatı İraqın ən böyük neft zavoduna hücum edib.

 

APA TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçuları arasında atışma kompleksin içərisinə qədər yayılıb.

 

Bəzi mənbələr zavoda soxulan İŞİD kamikadzelərinin üzərlərindəki bombaları partlatdığını iddia edirlər. Ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.

 

İraqın Neft Nazirliyinin sözçüsü Əhməd əs-Səidi zavoda hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirilir ki, İŞİD tərəfindən edilən hücumun qarşısı alınıb. Nazirlik rəsmisi bəyan edib ki, ordu və əşirət gücləri zavodu İŞİD-dən mühafizə edir.

 

İŞİD-in hücumunun qarşısı alınarkən zavodu qoruyan birliyin komandanı, general Dayf Yahlus və bir əsgər həlak olub.

 

Qeyd edək ki, Beyci neft zavodunun ətrafındakı bir neçə yaşayış məntəqəsi ötən ilin yayından İŞİD-in nəzarətindədir. Terrorçular zavoda tez-tez hücumlar edirlər. Amma ötən günkü hücumun yaydan bu yana neft müəssisəsinə ən böyük həmlə olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv