Moskva prospektində qəza törədən maşının sürücüsü qaçdı
Gecə saatlarında Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəza Moskva prospektində baş verib. Anar Zahidov “VAZ-2107” markalı avtomobillə prospektdə hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən "Toyota-Prado" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Zərbənin təsiri nəticəsində “VAZ-2107” yolun hərəkət hissəsindən çıxaraq yol kənarındakı şam ağaclarına dəyib. Hadisəyə səbəb olan sürücü isə avtomobili ilə ərazidən uzaqlaşıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.