Bakıda 23 yaşlı gənc ölümcül döyülüb
Bakıda 23 yaşlı gənc ölümcül döyülüb. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Qaraçuxur qəsəbəsində baş verib.
Kәrimov Orxan Müşfiq oğlu ötən gecə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, döyülmə əlamətləri ilə daxil olan Orxan Kərimov reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. 23 yaşlı gəncin vəziyyəti ağır olduğundan ifadəsini almaq mümkün olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır. Əməliyyatçılar Orxan Kərimovu döyərək ölümcül vəziyyətə salan şəxsi və ya şəxsləri axtarır.