Rusiyada azərbaycanlı saxlanma məntəqəsindən qaçdı
Rusiyanın Yekaterinburq şəhərində qanunsuz miqrantların saxlanma məntəqəsindən 4 əcnəbi qaçıb.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, onlar öz ölkələrinə deportasiya edilməli idilər.
Bildirilir ki, Özbəkistan, Qırğızıstan və Azərbaycandan olan şəxslər arasında dava düşüb. Nəzarətçilərin onları sakitləşdirməyə başları qarışanda miqrantlardan dördü aradan çıxıb. Qaçanlardan birinin azərbaycanlı olduğu dəqiqləşdirilib, araşdırma gedir.
Xatırladaq ki, bu, Yekaterinburqdakı qanunsuz miqrantların saxlanma məntəqəsində baş verən ilk hal deyil. Ötən il adı çəkilən məntəqədən yeddi nəfər qaçmış və buna görə nəzarətçilər ciddi cəzalandırılmışdılar.