Meşə yanğınları Rusiyadan Çinə keçdi

Rusiyada davam edən meşə yanğınları Çinin ərazisinə keçib. APA TV-nin məlumatına görə, faktı Çinin "Sinxua" agentliyi təsdiqləyib.

 

Alov ölkənin şimalında Daxili Monqolustan muxtar vilayətində daha təhlükəli həddə çatıb. Təbii fəlakətdən artıq 97 ailənin zərər çəkdiyi bildirilir. Hökumət 30 yaşayış evinin, 55 özəl kənd təsərrüfatı binasının, onlarla avtomobil və digər texnikanın yandığını açıqlayıb. Bundan başqa, heyvan yemi saxlanılan bir neçə anbarın da külə döndüyü bildirilir. Alovun ram edilməsi üçün 660 yanğınsöndürən cəlb edilib.

 

Xatırladaq ki, Rusiyanın cənub-şərqində başlayan meşə yanğınları 24 min hektar sahəni kül edib. Rusiyaya dəyən ziyan daha böyükdür.

Müəllif | Apa.Tv
Apa.tv