Lənkəranda mal-qara oğruları tutuldu
Lənkəranda mal-qara oğurluğu ilə məşğul olaraq vətəndaşlara külli miqdarda ziyan vuran şəxslər tutulub.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Havzava kənd sakini, 45 yaşlı Aygün Hüseynova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin yaxınlığındakı meşə sahəsindən ona məxsus bir baş inəyinin itdiyini bildirib.
Məlumatdan dərhal sonra hərəkətə keçən polis əməkdaşları oğurluq edən şəxsləri yaxalayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Havzava kənd sakinləri, 36 yaşlı Xalid Quliyev, 38 yaşlı Varid Quliyev və 33 yaşlı Vüqar Bayramov şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün polis şöbəsinə gətiriliblər. İlkin araşdırmalardan həmin şəxslərin bir yox, bir neçə vətəndaşın, o cümlədən rayonun Moloja kənd sakini, 48 yaşlı Rahim Fərzullayevin, Havzava kənd sakinləri, 30 yaşlı Samir Xudaverdiyevin, 28 yaşlı Elmar Fərəcovun və 51 yaşlı Maarif Malıyevin hərəsinin bir, şəxsiyyətləri hələlik müəyyənləşdirilməmiş daha iki nəfərə məxsus 3 baş iribuynuzlu mal-qaranı da oğurladıqları üzə çıxıb.
Lənkəran ŞRPŞ-nin müstəntiqi
"Ümumilikdə 12 baş inəyi örüş sahəsindən oğurlayıblar. Oğurladıqları inəyi qəssabxanaya təhvil veriblər. Təxminən vətəndaşlara 10 min manata yaxın maddi ziyan vurublar".
Faktla bağlı araşdırmalar davam etdirilir.