İmişlidə iki maşın toqquşdu, dörd nəfər yaralandı

İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İmişli Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.

 

1970-ci il təvəllüdlü Qurban Ziyəddin oğlu Şadlinskinin idarə etdiyi "QAZ-24" markalı 30 BG 828 dövlət nömrə nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Elsəvər Mürsəl oğlu Ağakişiyevin idarə etdiyi "VAZ-2105" markalı 10 HT 681 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "VAZ-2105"-in sürücüsü və sərnişini Xəlilov Mübariz Maarif oğlu,  "QAZ-24"-ün sərnişinləri - 1963-cü il təvəllüdlü Yuri Konstantinoviç Medvedev və Nadir Zakir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv