Ərdoğan Roma Papasına xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiski 1915-ci il hadisələri ilə əlaqədar yanlış bəyanatlar verməməyə çağırıb.

 

APA TV-nin məlumatına görə, Ərdoğan Papanın 1915-ci il hadisələrini "erməni soyqırımı" hesab etməsi barədə bəyanatını kobud səhv adlandırıb.

 

"Qafqazlarda Çərkəzlərin, Krımda tatarların yaşadığı faciələrə ürəyimiz yandığı kimi, ermənilərin məruz qaldığı sıxıntıları bilirik və buna üzülürük. 1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir, qoyun, onlar da araşdırsınlar. Biz bütün arxivlərimizi açırıq. Varsa, Ermənistan da açsın, sənədləri ortaya qoysun. Biz Silahlı Qüvvələrimizin də arxivlərini açmağa hazırıq. Amma bütün bunları etməyəcəksiniz və siyasi lobbilərin, erməni diasporunun çirkin oyunları ilə Türkiyə əleyhinə nəticə çıxarmağa çalışacaqsınız. Papaya da xəbərdarlıq edirəm, bir daha yanlış bəyanatlar verməsin" - deyə Ərdoğan bildirib.

Müəllif | Apa.Tv
Apa.tv