Rusiyada erməni “qanuni oğru” həbs edildi

Erməni “qanuni oğru” Aqas Yerevanski Moskva ətrafı Kolomna şəhərində saxlanılıb.

 

APA TV-nin məlumatına görə, o, yaşayış evlərinin birində həbs edilib.

 

Polisin məlumatına görə, 43 yaşlı Ermənistan vətəndaşı bir neçə dəfə sərhədi qanunsuz keçib. Belə ki, 2014-cü il martın 7-də Aqas Yerevanski yenidən 5 il müddətinə Rusiya ərazisindən deportasiya edilib. Ancaq 2014-cü ilin sentyabr ayında Aqas Yerevanski qanunsuz olaraq Rusiya ərazisinə daxil olub. Onun haqqında "Dövlət sərhədini qanunsuz keçmək" maddəsi ilə cinayət işi qaldırılıb.

Müəllif | Apa.Tv
Apa.tv